Futbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, əvvəlcə Peşəkar Futbol Liqasının Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev "Qarabağ"ı təmsil etdiyi qurum adından Çempionlar Liqasındakı ilk qələbə münasibətilə təbrik edib.
Onun sözlərinə görə, ardıcıl üçüncü mövsüm 34 komandanın iştirak edəcəyi yarışda ilk mərhələdə II Liqa kollektiv çıxış edəcək.
PFL-in Texniki-İdman şöbəsinin rəhbəri Elgiz Abbasov klubların ötən mövsümkü reytinqlərinə əsasən 4 səbətə bölündüyünü bildirib. O, 1/4 final mərhələsindən sonra komandaların ev və səfər prinsipi əsasında mübarizə aparacaqlarını söyləyib. Abbasov II təsnifat mərhələsində ev sahibi klubun stadionu standartlara uyğun gəlməyəcəyi halda yerinin dəyişdiriləcəyini diqqətə çatdırıb.
Daha sonra xüsusi qonaq - şahmat üzrə yeniyetmələr arasında Avropa və dünya çempionu Aydın Süleymanlı püşkü çəkmək üçün dəvət olunub.
Püşkün nəticələri belə olub:
I təsnifat mərhələsi (9-10 oktyabr)
1. “Göygöl” – “Şəmkir”
2. “Sheki City” – “Araz Saatlı”
3. “Qaradağ Lökbatan” – “Ağdaş”
4. “Dinamo” – “Kür-Araz”
5. “Ağstafa Gəncləri” – “Şirvan”
6. “Quba” – “Xankəndi”
II təsnifat mərhələsi (28-29 oktyabr)
7. “Səbail” – “Şamaxı”
8. 1-ci cütün qalibi – “Baku Sportinq”
9. “Karvan-Yevlax” - 2-ci cütün qalibi
10. 3-cü cütün qalibi - “İmişli”
11. “Qəbələ” – “Mingəçevir”
12. “Cəbrayıl” – “Şəfa”
13. “Şimal” – “Şahdağ Qusar”
14. 4-cü cütün qalibi – “Turan Tovuz”
15. “Kəpəz” – 5-ci cütün qalibi
16. 6-cı cütün qalibi – “Difai”
17. “Zaqatala” – “Sumqayıt”
18. “Neftçi” – MOİK
1/8 final mərhələsi (2-3 dekabr)
19. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
20. “Qarabağ” - 9-cu cütün qalibi
21. 10-cu cütün qalibi – “Sabah”
22. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
23. 13-cü cütün qalibi - 14-cü cütün qalibi
24. “Araz-Naxçıvan” - 15-ci cütün qalibi
25. 16-cı cütün qalibi – 17-ci cütün qalibi
26. “Zirə” – 18-ci cütün qalibi
1/4 final mərhələsi (3-4 fevral və 3-4 mart 2026-cı il)
27. 19-cu cütün qalibi - 20-ci cütün qalibi
28. 21-ci cütün qalibi - 22-ci cütün qalibi
29. 23-cü cütün qalibi - 24-cü cütün qalibi
30. 25-ci cütün qalibi - 26-cı cütün qalibi
1/2 final mərhələsi (2 və 22 aprel)
31. 27-ci cütün qalibi - 28-ci cütün qalibi
32. 29-cu cütün qalibi - 30-cu cütün qalibi
Final (13 may)
33. 31-ci cütün qalibi - 32-ci cütün qalibi