UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk turun son 6 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, qarşılaşmalardan yarısı "Qarabağ"ın rəqiblərinin iştirakı ilə baş tutub.
Azərbaycan təmsilçisinin növbəti rəqibi "Kopenhagen" Danimarkada Almaniya "Bayer"ini sınağa çəkib. Qarşılaşmanı Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edib.
Meydan sahibləri iki dəfə önə keçsələr də, qonaqlar məğlubiyyətdən yaxa qurtarmağı bacarıblar - 2:2.
Bu, gecənin heç-heçə ilə yekunlaşan yeganə oyunu olub.
Qalan qarşılaşmaların 3-də böyük hesablı nəticə qeydə alınıb. "Brügge" Belçikada Fransa "Monako"sunu, "Sportinq" Portuqaliyada debütant Qazaxıstan "Kayrat"ını, "Qarabağ"ın daha bir rəqibi Almaniya "Ayntraxt"ı isə Türkiyə təmsilçisi "Qalatasaray"ı məyus edib.
İngiltərədə çıxış edən komandalardan "Nyukasl" İspaniya "Barselona"sına uduzubsa, "Mançester Siti" "Qarabağ"ın daha bir rəqibi İtaliya "Napoli"sini yenməyi bacarıb. "Napoli" bu matçın böyük hissəsini kapitanı Covanni Di Lorentsonun qırmızı vərəqə alması üzündən azlıqda keçirməli olub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
18 sentyabr
20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa) - 4:1
Qollar: Nikolo Tresoldi, 32. Rafael Onyedika, 39. Hans Vanaken, 42. Mamadu Diakon, 75 - Ansu Fati, 90+1
İstifadə olunmamış penalti: Maqnes Akliuş, 10 ("Monako")
20:45. "Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya) - 2:2
Qollar: Cordan Larsson, 9. Robert, 87 - Alexandro Qrimaldo, 82. Pantselis Hatsidiakos, 90+2 (öz qapsına)
23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0
Qollar: Erlin Holann, 56. Jeremi Doku, 65
Qırmızı vərəqə: Covanni Di Lorentso, 21 ("Napoli")
23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:2
Qollar: Entoni Qordon, 90 - Markus Reşford, 58; 67
23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) - 4:0
Qollar: Fransişku Trinkan, 44; 64. Alisson Santos, 66. Jeovani Kenda, 68
İstifadə olunmamış penalti: Morten Yulmann, 21 ("Sportinq")
23:00. "Ayntraxt" (Almaniya) - "Qalatasaray" (Türkiyə) - 5:1
Qollar: Davinson Sançes, 37 (öz qapısına). Can Uzun, 45+2. Yonatan Burkardt, 45+4; 66. Ansqar Knauff, 75 - Yunus Akgün, 8
17 sentyabr
"Slaviya" (Çexiya) - "Budö Qlimt" (Norveç) - 2:2
"Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) - 0:0
"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 3:1
"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) - 3:2
PSJ (Fransa) - "Atalanta" (İtaliya) - 4:0
"Ayaks" (Niderland) - "İnter" (İtaliya) - 0:2
16 sentyabr
"Atletik" (İspaniya) - "Arsenal" (İngiltərə) - 0:2
PSV (Niderland) - "Yunion" (Belçika) - 1:3
"Real Madrid" (İspaniya) - "Marsel" (Fransa) - 2:1
"Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 4:4
"Tottenhem" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 1:0
"Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:3









































































