
Robert Prosineçki Monteneqro milli komandasının baş məşqçi postundan istefaya göndərilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərar Monteneqro Futbol Asssosiasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Səbəb kimi milli komandanın 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsindəki qeyri-qənaətbəxş nəticələri göstərilib.
Xorvatiyalı mütəxəssisi 2022-ci ildən yığmada köməkçi-məşqçi kimi çalışan Mirko Vuçiniç əvəzləyib. Vuçiniç hələ futbolçu kimi Monteneqro millisinin yarandığı vaxtdan komandanın kapitanı və ilk qolunun müəllifi olub. O, ilk sonunadək baş məşqçi funksiyasını yerinə yetirəcək və komandanı Farer adaları, Cəbəllütariq, Xorvatiya ilə seçmə oyunlara və Lixtenşteynlə yoldaşlıq görüşünə çıxaracaq.
Hazırda Monteneqro yığması L qrupunda 5 oyundan 6 xalla 4-cü yerdə gedir.
Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.