Azərbaycan Premyer Liqasında V turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Sumqayıt" Mehdi Hüseynzadə adına şəhər stadionunda "Neftçi"ni qəbul edib.
FıFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
İlk qolu 79-cu dəqiqədə Ağadadaş Salyanski vurub. 90+2-ci dəqiqədə isə Alessio Kurçi fərqlənib.
Bununla da ilk qələbəsinj qazanan "Neftçi" xalını 6-ya yüksəldib. İlk məğlubiyyətlə üzləşən "Sumqayıt"ın isə 10 xalı var.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "İmişli" səfərdə "Karvan-Yevlax"a, "Qəbələ" evdə "Kəpəz"ə qalib gəlib - 3:0. "Zirə" "Kəpəz"i 2:1, "Sabah" "Turan Tovuz"u 2:0 hesabı ilə yenib. Bu gün isə "Qarabağ" səfərdə "Araz-Naxçıvan"ı darmadağın edib.
Azərbaycan Premyer Liqası, V tur
21 sentyabr (bazar)
17:00. “Araz-Naxçıvan” – “Qarabağ” - 0:5
Qollar: Toral Bayramov, 4; 28 (pen.); 65 (pen.). Musa Qurbanlı, 52. Kris Kuaku, 85
Qırmızı vərəqə: Slavik Alxasov, 27 ("Araz-Naxçıvan")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Liv Bona Dea Arena”
19:30. “Sumqayıt” – “Neftçi” - 0:2
Qollar: Ağadadaş Salyanski, 79. Alessio Kurçi, 90+2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
----------------------
Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Bakının Mərdəkan qəsəbəsindəki "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" və "Qarabağ" komandaları üz-üzə gəlib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Qollardan 3-nü Toral Bayramov vurub. O, 4-cü dəqiqədə künc zərbəsindən sonra hesabı açıb.
27-ci dəqiqədə "Araz-Naxçıvan"ın futbolçusu Slavik Alxasov cərimə meydançasında Aleksey Kaşukun ayağına zərbə endirdiyi üçün meydandan qovulub. Referi VAR-a baxdıqdan sonra Alxasova qırmızı vərəqə göstərib və meydan sahiblərinin qapısına penalti təyin edib. Bayramovun zərbəsi dəqiq olub.
"Qarabağ" daha 2 qolu ikinci hissədə vurub. 52-ci dəqiqədə Bayramovun ötürməsindən sonra Musa Qurbanlı üçüncü qolu vurub.
65-ci dəqiqədə Naxçıvan komandasının futbolçusu İssuf Paro əllə oynadığı üçün ikinci penalti təyin olunub. Bayramov bu imkandan da yararlanaraq, karyerasında və mövsümdə ilk "het-trik" edib.
Oyunda son nöqtəni isə 85-ci dəqiqədə uzaqdan zərbə ilə Kris Kuaku vurub.
Beləliklə, "Qarabağ" 4-cü matçında 7-ci xalını toplayaraq, 5-ci pilləyə yüksəlib. "Araz-Naxçıvan" isə 4 oyundan 10 xalla 3-cü pillədə qalıb.
-------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında V turun son oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar Bakıda və Sumqayıtda təşkil olunacaq.
Günün ilk görüşü "Liv Bona Dea"da "Araz-Naxçıvan" və "Qarabağ" arasında baş tutacaq. Hazırda Naxçıvan komandası 4 oyundan 10 xalla 3-cü, "Qarabağ" 3 oyundan 4 xalla 8-ci yerdə gedir.
Bu komandalar indiyədək 12 dəfə üz-üzə gəliblər. Qarşılaşmaların 3-dən "Araz-Naxçıvan", 8-dən "Qarabağ" qalib ayrılıb, cəmi 1 matçda heç-heçə qeydə alınıb. Topların nisbəsində Ağdam komandası 2 dəfə üstündür - 26:13.
“Qarabağ” son 4 oyunda xal itirməyib. Ağdam klubu bütün matçlarda qol vurub.
Turun son matçında isə “Sumqayıt” və “Neftçi” üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş prinsipial xarakterə malikdir.
Tərəflər indiyədək 51 dəfə üz-üzə gəliblər. Bunların 15-də "Sumqayıt", 24-də "Neftçi" qələbə qazanıb. 12 görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "Neftçi" öndədir - 77:56. “Sumqayıt” son üç ev görüşünün hərəsində 2 qol vurub. “Neftçi” bu üç səfərdə qalib gəlməyib.
Hazırda "Sumqayıt" 4 oyundan 10 xalla 2-ci, qələbə üzünə həsrət olan "Neftçi" 3 xalla 11-ci yerdə gedir.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "İmişli" səfərdə "Karvan-Yevlax"a, "Qəbələ" evdə "Kəpəz"ə qalib gəlib - 3:0. "Zirə" "Kəpəz"i 2:1, "Sabah" "Turan Tovuz"u 2:0 hesabı ilə yenib.














































































