
"Kəpəz" komandası baş məşqçi Adil Şükürovla yollarını ayırıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub Şükürova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcək.