
AFFA İntizam Komitəsi MOİK-in futbolçusu Samir Məhərrəmlini cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, bunu I Liqada II turun “Şimal”a qarşı səfər oyununun 90+4-cü dəqiqəsində Məhərrəmlinin təcavüzkar davranışa yol verməsi səbəb olub.
O, birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq diskvalifikasiya edilib. MOİK isə 900 manat cərimələnib.