
Bu gün Fransanın paytaxtı Parisdəki "Şatl" teatrında "Qızıl top" mükafatının təltifetmə mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq tədbirdə bir sıra nominasiyalar üzrə qaliblər açıqlanacaq.
Ən yaxşı kişi futbolçu adına 30 namizəd var:
Usman Dembele (PSJ, Fransa)
Canluici Donnarumma (PSJ, İtaliya)
Cud Bellingem ("Real Madrid", İngiltərə)
Dezire Due (PSJ, Fransa)
Denzel Dumfris ("İnter", Niderland)
Seru Girassi ("Borussiya Dortmund", Qvineya)
Erlin Holann ("Mançester Siti", Norveç)
Viktor Dökereş ("Arsenal", İsveç)
Əşrəf Hakimi (PSJ, Mərakeş)
Harri Keyn ("Bavariya, İngiltərə)
Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan)
Robert Levandovski ("Barselona", Polşa)
Aleksis Mak Allister ("Liverpul", Argentina)
Lautaro Martines ("İnter", Argentina)
Skott Mak Tominey ("Napoli", Şotlandiya)
Kilian Mbappe ("Real Madrid", Fransa)
Nunu Mendeş (PSJ, Portuqaliya)
Juan Neveş (PSJ, Portuqaliya)
Pedri ("Barselona", İspaniya)
Koul Palmer ("Çelsi", İngiltərə)
Maykl Olise ("Bavariya", Fransa)
Rafinya ("Barselona", Braziliya)
Deklan Rays ("Arsenal", İngiltərə)
Fabian Ruis (PSJ, İspaniya)
Vircil van Deyk ("Liverpul", Niderland)
Vinisius Junior ("Real Madrid", Braziliya)
Məhəmməd Salah ("Liverpul", Misir)
Florian Virts ("Liverpul", Almaniya)
Vitinya (PSJ, Portuqaliya)
Lamin Yamal ("Barselona", İspaniya)
Tədbirdə ən yaxşı qadın futbolçu, ən yaxşı gənc oyunçu, ən yaxşı qapıçı (Lev Yaşin mükafatı), ən yaxşı məşqçi, ən yaxşı bombardir və ən yaxşı klub mükafatları da veriləcək.
İndiyədək ən çox "Qızıl top"u hazırda ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən Argentina millisinin kapitanı Lionel Messi qazanıb. O, 8 dəfə - 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə fərqlənib. Messinin ən yaxın izləyicisi Kriştianu Ronaldunun 7 belə mükafatı var. Amma indi bu futbolçuların heç biri namizədlər siyasında yoxdur. Həmçinin, "Qızıl top-2024"ün sahibi, ötən mövsümün böyük hissəsini zədə üzündən buraxmış İngiltərənin "Mançester Siti" komandasının və İspaniya yığmasının futbolçusu Rodri (Rodriqo Ernandes) də iddiaçılar sırasında deyil.
Ən yaxşı futbolçuya səsləri FIFA reytinqində ilk "100-lük"də olan ölkələrin idman jurnalistləri verir. Tədbir təqvim ilinin nəticələrinə görə yox, 2024/2025 mövsümünün yekunları əsasında keçiriləcək.