
Moldova millisinin yeni baş məşqçisi Lilian Popesku Rumıniya ilə yoldaşlıq görüşü və Estoniyaya qarşı DÇ-2026-nın seçmə oyununa dəvət etdiyi legionerlərin geniş siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, dəvətlilər siyahısında yenə "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram da var.
Avram sentyabrın 9-da səfərdə Norveçə qarşı keçirdikləri seçmə oyunda qapısından 11 top buraxıb - 11:1.
Onun "Araz-Naxçıvan"da da işləri yaxşı getmir. Təcrübəli qolkiper Azərbaycan Premyer Liqasında V turun "Qarabağ"a qarşı ev oyununda topu 5 dəfə qapı torunda çıxarıb.
Qeyd edək ki, Moldova Rumıniya ilə oktyabrın 9-da, Estoniya ilə oktyabrın 14-də səfərdə qarşılaşacaq.