
"Joze Mourinyonun son davranışlarını doğru saymıram. Lakin inanmıram ki, ssenari üzrə hərəkət etsin".
Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov deyib.
36 yaşlı mütəxəssisin fikrincə, Mourinyonun Türkiyənin ən köklü və öndə gedən klubu "Fənərbağça" barədə o cür danışması etik deyil: "Elə bir şeyin olub-olmadığını bilmirəm. Amma mətbuatdan oxuduğum məni məyus etdi. Klubun tarixi var, böyük klubdur. Ona görə də bu yöndə bir qədər şaşqınlıq hiss etdim. Lakin yenə də öz fikridir".
Qeyd edək ki, Joze Mourinyo "Fənərbağça"da çalışmasının yanlış qərar olduğunu bildirib. O, hazırda Portuqaliya "Benfika"sının baş məşqçisidir. "Benfika" Çempionlar Liqasının pley-off mərhələsində Türkiyə komandasının üstələsə də (1:0, 0:0), Liqa mərhələsinin ilk turunda evdə "Qarabağ"a uduzub - 2:3. Bu nəticədən sonra Brunu Laji istefaya göndərilib və onu Mourinyo əvəzləyib.