
UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək II tur oyununun biletləri satışa çıxarılıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna ən ucuz bilet 5 manatdır.
Standart biletlərin qiyməti:
5, 10, 30, 40, 50, 75 AZN
VIP sektorlar: 150, 200, 250 AZN
VVIP sektorlar: 500 AZN
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə edilə bilər.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.