Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Azersun Arena"da "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəlib.
Baş hakim Rauf Cabarovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Artıq 3-cü dəqiqədə qonaq komanda azlıqda qalıb. Prins Ovusu 10-cu saniyədə Mateus Silvaya qarşı kobud oynadığı üçün VAR-a müraciət edildikdən sonra meydandan qovulub.
Beləliklə, say üstünlüyü qazanan "Qarabağ" Abdullah Zubirin 16-cı, Musa Qurbanlının 90+3-cü dəqiqədə vurduğu qollarla qalibiyyət əldə edib.
Baş məşqçi Qurban Qurbanov bu matçda "avrokubok heyəti"ndən yararlanıb.
Xatırladaq ki, turun ilk oyununda "İmişli" "Zirə" ilə heç-heçə edib. Qalan oyunlar 27-28 sentyabrda olacaq.
-------------------------------
Azərbaycan Premyer Liqasında VI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Zirə" komandaları üz-üzə gəlib.
Baş hakim Əli Əliyevin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 26-cı dəqiqədə "İmişli"nin legioneri Dioqo Rollo açıb. "Zirə"nin bərabərlik qolunu isə 80-ci dəqiqədə Davit Volkov vurub.
Bununla da xalını 12-yə çatdıran "Zirə" liderliyini davam etdirir. "İmişli" isə 8 xalla 5-ci yerə qalıb.
-----------------------------
Bu gün keçiriləcək iki oyunla Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, görüşlər Quba və Bakıda təşkil olunacaq.
Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" "Zirə"ni qəbul edəcək. Premyer Liqanın debütantı 5 oyundan 7 xalla 7-ci, "qartallar" isə 11 xalla 1-ci pilləqə qərarlaşıb. Bu kollektivlər indiyədək qarşılaşmayıblar.
Günün digər matçında isə "Qarabağ" "Azersun Arena"da "Qəbələ"ni qəbul edəcək. Ağdam təmsilçisi 4 oyundan 7 xalla 5-ci, "qırmızı-qaralar" isə 5 görüşdən 4 xalla 10-cu yerdə gedir.
Bu iki komanda çempionatda 62 dəfə üz-üzə gəlib. "Qarabağ" 36, "Qəbələ" 10 dəfə qalib gəlibsə, 16 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Qurban Qurbanovun baş məşqçi olduğu komandanın ciddi üstünlüyü var - 104:47.
“Qəbələ” son 24 oyunda "Qarabağ" üzərində qələbə qazanmayıb. Ağdam komandası son 10 matçda qol vurub.
Azərbaycan Premyer Liqası, VI tur
26 sentyabr
15:30. “İmişli” – “Zirə” - 1:1
Qollar: Dioqo Rollo, 26 - Davit Volkov, 80
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Quba OİK stadionu
19:00. “Qarabağ” – “Qəbələ” - 2:0
Qollar: Abdullah Zubir, 16. Musa Qurbanlı, 90+3
Qırmızı vərəqə: Prins Ovusu, 3 ("Qəbələ")
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Azersun Arena”
Qeyd edək ki, turun digər görüşləri 27-28 sentyabrda keçiriləcək.














































































