
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Serxio Buskets mövsümün sonunda karyerasını başa vuracaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə ispaniyalı yarımmüdafiəçinin özü instaqram hesabında açıqlama yayıb.
"Hər kəsə və futbola təşəkkürlər! Siz həmişə bu gözəl tarixin bir hissəsi olacaqsınız", deyə 37 yaşlı oyunçu bildirib.
Qeyd edək ki, Serxio Buskets İspaniya millisində dünya və Avropa çempionu, "Barselona"da 9 qat ölkə çempionu və Çempionlar Liqasının üçqat qalibi olub.