
“Arsenal” müdafiəçisi Vilyam Saliba ilə yeni müqavilə imzalayıb
Sportnet.az xarici kiv-ə istinad xəbər verir ki “Arsenal” fransalı müdafiəçisi Vilyam Salibanın müqaviləsini yeniləyib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 24 yaşlı futbolçu ilə bağlanan yeni sözləşmə 2030-cu ilin ortalarınadək qüvvədə olacaq.
Onun əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatmalı idi. Saliba cari mövsümdə İngiltərə Premyer Liqasında 5 oyunda iştirak edib. “Topçular” isə 6 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.