
Milli komandanın futbolçusu Rusiya ilə həlledici görüşdə çempionluğa inandıqlarını Sportnet.az-a müsahibəsində bildirib.
– Oyunu necə dəyərləndirirsiniz?
– Əvvəla, hər kəsə təşəkkür edirəm. Bu yağışlı havada gəlib bizə dəstək oldular. Birinci hissə bir qədər gərgin keçdi, bəzi epizodlarda çətinliklərimiz oldu. Amma ikinci hissəyə xarakter göstərərək çıxdıq və nəticədə 4:0 hesabı ilə qalib gəldik.
– Final görüşü barədə nə düşünürsünüz?
– Düşünürəm ki, çempion biz olacağıq. Çünki biz hər zaman xarakterimizi göstəririk və sona qədər mübarizə aparacağıq.
– Növbəti oyunda mümkün rəqibiniz barədə nə deyə bilərsiniz?
– Məncə, finalda rəqibimiz Rusiya olacaq. Onlarla daha əvvəl də qarşılaşmışıq. İnşallah, bu dəfə ruslardan qisasımızı alacağıq.