Bakının "Rəvan” futbol klubu 2014/2015-ci il mövsümünün hazırlıqlarına start verib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, I divizionda mübarizə aparacaq "aslanlar”ın təlim-məşq toplanışının ilk mərhələsi seleksiya xarakterli olacaq.
Dünən reallaşan ilk məşqdə 24 futbolçu iştirak edib ki, onlardan 9 nəfəri baxışa gələnlər olub. Məşqçilər korpusu seçimləri qarşıdakı günlərdə də davam etdirəcək.
Komandanın iyulun 5-də AZAL, 12-də "Sumqayıt”la yoxlama oyunu nəzərdə tutulub. Yeni futbolçularla bağlı məhz bu qarşılaşmalardan sonra qərar veriləcək.
Qeyd edək ki, dünən klub daxili toplantı keçirilib və komandanın qarşısına Premyer Liqaya vəsiqə qazanmaq tapşırığı qoyulub.