
Milli assosiasiyanın yaydığı rəsmi açıqlamada deyilir: "AFFA rəhbərliyi gənc mütəxəssislərə etimad göstərir, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayır. U-21 əsas millinin ehtiyat bazası hesab olunur. Bu səbəbdən, U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq. Məqsəd gənc oyunçuların gələcəkdə əsas milliyə daha hazırlıqlı şəkildə qoşulmalarına şərait yaratmaqdır".
Qeyd edək ki, U-21-in əvvəlki baş məşqçisi Ayxan Abbasov olub.