
Avstriya millisi tarixi ərzində ən böyük hesablı qələbə rekordunu yeniləyib.
Sportnet.az-ın məlumatına görə, bu, 2026-cı il dünya çempionatının seçmə qrup matçında San Marino üzərində əldə olunub.
Vyanadakı "Ernst Happel" stadionunda təşkil olunmuş qarşılaşmadan Avstriya 10:0 hesablı qalibiyyətlə ayrılıb. Bunadək ən böyük hesablı qələbə 1977-ci ildə Malta ilə matçda qeydə alınmışdı - 9:0.
Digər tərəfdən, Marko Arnautoviç San Marino ilə qarşılaşmada 4 qol vuraraq, Toni Polsteri keçib və Avstriya millisinin rekordçusuna çevrilib. İndi onun hesabında 45 qol var.
Qeyd edək ki, Avstriya millisi H qrupunda 5-ci oyunda 5-ci qələbəsini qazanaraq, 15 xalla vahid liderə çevrilib.