
Bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, E qrupunda yer alan Türkiyə millisi Bolqarıstanın qonağı olacaq.
Hazırda "ay-ulduzlular"ın 2 oyundan 3 xalı var, Bolqarıstan isə xalsızdır.
Qrupun digər matçında isə 6 xala malik lider İspaniya 3 xalla 2-ci yerdə gedən Gürcüstanı qəbul edəcək.
F qrupunda lider Portuqaliya evdə İrlandiyanı sınağa çəkəcək. Macarıstan isə Ermənistanı qəbul edəcək.
K qrupunda Serbiya - Albaniya görüşü təkcə turnir cədvəli baxımından deyil, siyasi cəhətdən də prinsipial xarakter daşıyır. Hazırda Albaniya 8 xalla 2-ci, Serbiya 7 xalla 3-cüdür. 15 xalı olan qrup lideri İngiltərə bu tur istirahət edəcək. Latviya isə xalsız Andorranı qonaq edəcək.
Nəhayət, I qrupunda 9 xala malik komandalardan İsrail itkisiz lider Norveçin, İtaliya isə Estoniyanın qonağı olacaq. Ötən tur Norveçə 1:11 hesabı ilə uduzmuş Moldova bu tur istirahət edəcək.
DÇ-2026, seçmə mərhələ
11 oktyabr
E qrupu
22:45. İspaniya - Gürcüstan
22:45. Bolqarıstan - Türkiyə
F qrupu
20:00. Macarıstan - Ermənistan
22:45. Portuqaliya - İrlandiya
I qrupu
20:00. Norveç - İsrail
22:45. Estoniya - İtaliya
K qrupu
17:00. Latviya - Andorra
22:45. Serbiya - Albaniya.