
Fransanın "Monako" klubunun futbolçusu Pol Poqba məşq vaxtı zədə alıb.
Sportnet.az-ın "Nice Matin" nəşrinə istinadən məlumatına görə, 32 yaşlı yarımmüdafiəçinin baldır əzələsində dartılma baş verib.
Onun oktyabrın 18-də VIII turun "Anje" ilə oyununda meydana çıxmağa hazır olacağı gözlənilirdi. Lakin indi Poqbanın bu görüşdə iştirakı sual altındadır.
Qeyd edək ki, "Monako" dopinq cəzasını başa vurmuş Pol Poqba ilə yayda müqavilə bağlayıb. Fransa millisinin heyətində 1998-ci ildə dünya çempionu adını qazanmış futbolçu sonuncu dəfə rəsmi oyuna 2023-cü ilin sentyabrında çıxıb.