
Rusiyanın "Spartak" klubunun ikinci komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyev əsas komandaya Dmitriy Aleniçevin baş məşqçi təyinatı şərh edib. Sportnet.az-ın məlumatına görə, Rusiyanın gənclərdən ibarət milli komandasının yürımmüdafiəçisi 43 yaşlı mütəxəssisin "Spartak"dakı çatışmazlıqları aradan qaldıracağını bildirib.
O deyib: "Aleniçevlə şəxsən tanış deyiləm. Ancaq hava limanında salamlaşmışam. Ancaq sözsüz ki, onun kim olduğunu yaxşı bilirəm. Aleniçev "Spartak"ın adamıdır. Ümidvaram ki, Dmitri Anatolyeviç əsas komandadakı bütün çatışmamazlıqları aradan qaldıracaq".