"Sabah"ın futbolçuları Aron Maluda və Akim Zedadka klubun basketbol komandasının "Abşeron Lions"la Bakı İdman Sarayında keçirdiyi final seriyasının üçüncü oyununu canlı izləyiblər.
Sportnet.az-ın məlumatına görə, hər iki oyunçu Azərbaycan Basketbol Liqasının həlledici qarşılaşmasından sonra meydançaya daxil olublar.
Onlar çempion komandanın fransalı basketbolçusu Jan-Mark Pansa ilə görüşüblər.
Maluda və Zedadka ilə mərkəz oyunçusu arasında forma mübadiləsi də baş tutub.
















































































