
Argentina millisinin kapitanı Lionel Messi milli komandalar tarixində daha bir əlamətdar nailiyyətə imza atıb.
Sportnet.az xəbər verir ki, 38 yaşlı hücumçu beynəlxalq futbol tarixində ən çox qol ötürməsi edən oyunçu kimi yeni dünya rekordu müəyyənləşdirib.
Messi buna Puerto-Rikoya 6:0 hesabı ilə qalib gəldikləri keçirilən yoldaşlıq görüşündə iki məhsuldar ötürmə etməklə nail olub. Beləliklə, ulduz futbolçunun Argentina yığmasının heyətindəki ümumi qol ötürmələrinin sayı 60-a çatıb.
Bu göstərici sayəsində Messi ABŞ millisinin sabiq üzvü Lendon Donovan və Braziliya yığmasının hücumçusu Neymarı geridə qoyub. Hər iki futbolçunun aktivində 58 məhsuldar ötürmə var.
Bəzi mənbələrə görə, Neymarın göstəricisi 59 ötürmə təşkil edir.