
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.
İki günü əhatə edəcək mərhələnin dörd oyunu “CBC Sport” telekanalı vasitəsilə, digər qarşılaşmalar isə Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.
“Göygöl” - “Baku Sportinq”, “Qaradağ Lökbatan” - “İmişli”, “Dinamo” - “Turan Tovuz” və “Xankəndi” - “Difai” oyunları ev sahibi komandaların stadionlarının standartlara cavab verməməsi səbəbindən qonaq komandaların ev oyunlarını keçirdiyi stadionlarda baş tutacaq. Nominal qonaqlar ev sahibinin bütün funksiyalarını yerinə yetirəcək. PFL və klublar arasında bütün danışıqlar Əsasnamə tələblərinə əsasən aparılaraq, rəsmi müraciətlər əsasında qərarlar qəbul olunub.
28 oktyabr (çərşənbə axşamı)
14:00. “Göygöl” – “Baku Sportinq”
Buzovna qəsəbə stadionu
14:00. “Karvan-Yevlax” – “Sheki City”
Şamaxı şəhər stadionu (canlı / “CBC Sport”)
14:00. “Qaradağ Lökbatan” – “İmişli”
Quba OİK stadionu
14:00. “Cəbrayıl” – “Şəfa”
Şamaxı OİK stadionu
14:00. “Kəpəz” – “Ağstafa Gəncləri”
Qəbələ şəhər stadionu
17:00. “Dinamo” – “Turan Tovuz”
“Azersun Arena” (canlı / “CBC Sport”)
29 oktyabr (çərşənbə)
14:00. “Şimal” – “Şahdağ Qusar”
Şamaxı OİK stadionu
14:00. “Xankəndi” – “Difai”
Ağsu şəhər stadionu
14:00. “Zaqatala” – “Sumqayıt”
Zaqatala OİK stadionu (canlı / “CBC Sport”)
16:00. “Qəbələ” – “Mingəçevir”
Qəbələ şəhər stadionu
17:00. “Səbail” – “Şamaxı”
“ASCO Arena” (canlı / “CBC Sport”)
18:00. “Neftçi” – MOİK
“Palms Sports Arena”