
“Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində Niderlandın “Tvente” klubunda təcrübədə olub.
"Gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən Sportnert.az-a verilən məlumata görə, səfər zamanı həm əsas komandanın, həm də “Tvente” akademiyasının məşqlərini izləyən Cavadov bu əsnada komandanın bir sıra rəsmiləri – komandanın baş məşqçisi Con van den Brom, klubun inkişaf direktoru Rob Bodre, skaut Vud Brama, akademiyanın futbolun inkişaf departamentinin rəhbəri Bas van Baar həmçinin klubun meneceri Yan van Staa ilə görüşüb.
Onlarla bir sıra məsələlərdə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Vaqif Cavadov futbolçu qismində 2009/2010 mövsümünün ikinci yarısında "Tvente"nin formasını geyinib və bu klubla Niderland çempionu olub.