
"Neftçi"nin azad agent kimi transfer etdiyi Kamerun milli komandasının futbolçusu Vensan Abubakar Bakıya gəlib.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı hücumçu Heydər Əliyev Beynəlxalq Aeroportunda coşqu ilə qarşılanıb.
Paytaxt təmsilçisinin fanatları önünə klubun 45 nömrəli forması ilə çıxan Abubakar onlarla salamlaşıb. Azarkeşlərin əhatəsində bir neçə dəqiqə keçirən Abubakar daha sonra onun üçün ayrılmış avtomobilə əyləşərək, otelə yollanıb.
Qeyd edək ki, "Neftçi" yeni transferi ilə müqavilənin detallarını hələlik açıqlamayıb.