Almaniya "Borussiya Dortmund"u mövsümün sonunda iki futbolçusu ilə yollarını ayıracaq.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Niklas Süle və yarımmüdafiəçi Salih Özcan 2025/2026 mövsümünün başa çatmasından sonra komandadan ayrılacaqlar.
“Bu həftə hər iki futbolçu ilə çox açıq və konstruktiv danışıqlar apardıq. Nəticədə Niklas və Salihlə mövsümün sonunda yollarımızı ayırmağa dair razılığa gəldik”, – deyə klubun baş direktoru Lars Rikken bildirib.
Xatırladaq ki, Niklas Süle 2022-ci ilin yayından Dortmund təmsilçisində çıxış edir. Almaniyalı müdafiəçi bu müddətdə bütün turnirlərdə 108 oyuna çıxaraq 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Salih Özcan da 2022-ci ilin yayında komandaya qoşulub. Türkiyə millisinin üzvü “Borussiya Dortmund”un heyətində 92 matçda 2 assist edib.














































































