 
Luçano Spaletti İtaliyanın "Yuventus" komandasına baş məşqçi təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssislə 30 iyun 2026-cı ilədək müqavilə bağlanılıb.
O, xorvatiyalı İqor Tudoru əvəzləyib. "Yuventus" A Seriyasında 9 turdan sonra 15 xalla 7-ci yeri tutur.
Spalettinin son iş yeri 2023-cü ilin sentyabrından 2025-ci ilin iyununadək çalışdığı İtaliya millisi olub.









 
                 





 
     
     
     
     
     
     
     
     
     
    





















































