İvan Yuriç İtaliya 15 oyun rəhbərlik etdiyi "Atalanta"sının baş məşqçi postundan qovulub.
Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis bu il ikinci dəfə belə bir aqibətlə üzləşib.
Yuriç apreldə mövsümün sonuna 7 tur qalmış İngiltərə "Sautgempton"undan istefaya göndərilib. O, 2024-cü ilin dekabrından başçılıq etdiyi komandanı aşağı liqaya enməkdən xilas edə bilməyib.
İndi isə təcrübəli mütəxəssis A Seriyasının oyununda "Sassuolo"ya 0:3 hesablı məğlubiyyətdən sonra "Atalanta"nı tərk edib. Hazırda Berqamo komandası 11 oyundan 13 xalla 13-cü yerdə gedir.














































































