İtaliya millisinin və Türkiyənin "Qalatasaray" klubunun sabiq baş məşqçisi Roberto Mançininin yeni iş yeri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano X sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 61 yaşlı mütəxəssis Qətərin "Əl Sədd" komandasının baş məşqçisi olacaq. Bu məqsədlə italiyalı mütəxəssis bu gün Dohaya uçacaq.
Qətər klubunun Mançini üçün ilkin təklifi daha da cəlbedici etdiyi və təcrübəli mütəxəssisin razılıq verdiyi bildirilir.
Qeyd edək ki, Roberto Mançini İtaliyanın "Latsio" və "İnter", İngiltərənin "Mançester Siti" və Rusiyanın "Zenit" komandalarında da baş məşqçi kimi çalışıb. O, İtaliya yığması ilə AVRO-2020-nin qalibi olub.











































































