İspaniya "Real Madrid"inin və Fransa millisinin hücumçusu Kilian Mbappe karyerasında 400 qol həddinə çatıb.
Sportnet.az xəbər verir ki, 26 yaşlı futbolçu bu yubileyə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna yığmasına qarşı oyunda "dubl"la nail olub.
400 qol həddinə çatmaq üçün forvarda cəmi 535 oyun kifayət edib. Bu, məsələn, Kriştianu Ronaldu (653), Robert Levandovski (643) və Harri Keynə (631) nisbətən daha azdır, lakin Lionel Messidən (525) bir qədər çoxdur.
Mbappe Fransa millisində debütünü 2017-ci ildə edib, “üçrənglilər”in heyətində 94 oyunda 55 qol vurub. Klub səviyyəsində Madriddən əvvəl vətənində “Monako” və PSJ-də çıxış edib.
O, əfsanəvi Peledən bəri karyerasında 400 qol həddinə çatan ən gənc futbolçudur. Fransalı ulduz indiki minilliyin rekorduna sahib olub.
Hazırda Mbappe klub səviyyəsində "Real Madrid"i təmsil edir. O, daha əvvəl “Monako” və PSJ-də oynayıb. Fransa millisində futbolçu 2017-ci ildə debüt edib. 20 dekabrda Mbappe 27 yaşını qeyd edəcək.






































































