Fransa millisinin kapitanı Kilian Mbappe Azərbaycan yığmasına qarşı 2026-cı il dünya çempionatının seçmə qrup matçında oynamayacaq.
Sportnet.az Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu klubu İspaniya "Real Madrid"inə qayıdıb.
Təcrübəli hücumçunun sağ topuq nahiyəsində hələ də ödəm müşahidə olunur. Bu isə gələcək müayinələr tələb edir. Mbappe bu gün Madriddə müayinədən keçəcək.
Daha əvvəl Manu Kone cəza, Eduardo Kamavinqa isə sol dizaltı vətərində əzələ dartılması ilə əlaqədar yığmadan kənarlaşdırılıb.
Beləliklə, baş məşqçi Didye Deşam Bakıya 22 futbolçu gətirəcək.
Qeyd edək ki, noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlanacaq.





































































