2026-cı il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib.
Sportnet.az xəbər verir ki, günün ilk matçında sensasiya qeydə alınıb.
Finlandiya evdə Malta ilə görüşdə məğlubiyyətlə üzləşib - 0:1. Nəticədə Skandinaviya təmsilçisi 10 xalla 3-cü yeri tutaraq, pley-off şansını itirib.
G qrupunun digər matçında Polşa evdə Niderland üzərində qələbə qazana bilməyib. Bununla da "narıncılar" DÇ-2026-ya birbaşa vəsiqənin taleyini öz xeyirlərinə böyük ölçüdə həll ediblər. Reqlamentə əsasən, xallar bərabər olduqda, aralarındakı oyunlara deyil, vurulub-buraxılan topların fərqinə baxılıb. Bu baxımdan, Niderlandda bu göstərici +19 (23-4), Polşada +6 (11-5) səviyyəsindədir. Üstəlik, "narıncılar" 3 xal öndədirlər.
Qrup qalibi kimi birbaşa vəsiqəyə isə Xorvatiya sahib çıxıb. Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada Zlatko Daliçin baş məşqçi olduğu kollektiv Farer adaları yığması üzərində inamlı qələbə qazanıb. Bununla da Xorvatiya L qrupunda 19 xalla 1-ci yeri təmin edib və DÇ-2026-ya yüksəlib.
İkinci yerə isə 13 xalla Çexiya sahib çıxıb və pley-off oyunlarında iştirak şansı qazanıb.
A qrupunda isə qeyri-müəyyənlik son tura saxlanılıb. Almaniya səfərdə Lüksemburqu 2:0, Slovakiya evdə Şimali İrlandiyanı 1:0 hesabı ilə yenib. Bununla da hər iki qalib komandanın xalı 12-yə yüksəlib. Qrupda 1-ci yerin taleyinə noyabrın 17-də Almaniya - Slovakiya matçında aydınlıq gələcək.
DÇ-2026
Seçmə mərhələ
14 noyabr
A qrupu
23:45. Lüksemburq - Almaniya - 0:2
Qollar: Nik Voltemade, 49; 69
23:45. Slovakiya - Şimali İrlandiya - 1:0
Qol: Tomaş Bobçek, 90+1
Qırmızı vərəqə: Daniel Ballard, 90 (Şimali İrlandiya)
Xal durumu: Almaniya - 12 xal (5 oyuna), Slovakiya - 12 (5), Şimali İrlandiya - 6 (5), Lüksemburq - 0 (5)
G qrupu
21:00. Finlandiya - Malta - 0:1
Qol: Ceyk Qreç, 82
23:45. Polşa - Niderland - 1:1
Qollar: Yakub Kaminski, 43 - Memfis Depay, 47
Xal durumu: Niderland - 17 xal (7 oyuna), Polşa - 14 (7), Finlandiya - 10 (8), Malta - 5 (7), Litva - 3 (7)
L qrupu
23:45. Cəbəllütariq - Monteneqro - 1:2
Qollar: Liam Cessop, 20 - Vasiliye Aciç, 33. Nikola Krstoviç, 42 (pen.)
23:45. Xorvatiya - Farer Adaları - 3:1
Qollar: Yoşko Qvardiol, 23. Petar Musa, 57. Nikola Vlaşiç, 70 - Geza David Turi, 16
Xal durumu: Xorvatiya - 19 xal (7 oyuna), Çexiya - 13 (7), Farer Adaları - 12 (8), Monteneqro - 9 (7), Cəbəllütariq - 0 (7).












































































