Rusiyanın "Dinamo Moskva" komandasının futbolçusu Ülvi Babayev Azərbaycan millisində çıxış etməyəcək.
Sportnet.az xəbər verir ki, bu barədə 21 yaşlı hücumçunun özü "championat.com"a açıqlamasında bildirib.
O, Azərbaycan köklərinə baxmayaraq, Rusiya millisində oynamaq fikrində olduğunu söyləyib: "Atamın Azərbaycanda doğulmasını çox hörmətlə qarşılayıram. Lakin mən Rusiyada anadan olmuşam. Mənə heç kim müraciət etməyib və özüm də o tərəfə baxmamışam. Mənim öz hədəflərim və məqsədlərim var, bunları Rusiya millisi ilə reallaşdırmaq istəyirəm".
Qeyd edək ki, bugünlərdə "Spartak"ın 21 yaşlı futbolçunun xidmətlərinə maraq göstərdiyi barədə xəbərlər yayılıb. Ülvi Babayevin «Dynamo» ilə mövcud müqaviləsi növbəti yayda başa çatır.











































































