Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının əsas mərhələsində V turun oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib Macarıstan "Ferentsvaroş"u olub.
İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 66-cı dəqiqədə Budapeşt komandasının futbolçusu Barnabaş Varqa açıb. Cəmi 3 dəqiqə sonra isə meydan sahiblərindən Taliska bərabərliyi təmin edib.
90+1-ci dəqiqədə isə "Fənərbağça"nın kolumbiyalı legioneri rəqib oyunçuya kəllə atdığı üçün birbaşa qırmızı vərəqə alıb.
Beləliklə, "Fənərbağça" xalını 8-ə, "Ferentsvaroş" isə 11-ə çatdırıb.
Jhon Duran red card ????pic.twitter.com/5CvOkasMTC
— Goals Xtra (@GoalsXtra) November 27, 2025








































































