UEFA Çempionlar Liqasında VI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 9 görüş keçirilib.
Türkiyə təmsilçisi "Qalatasaray" "Monako"nun qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Fransa təmsilçisi qol vursa da, penaltidən yararlanmağı bacarmayıb. Bununla da "Monako" da xalını 9-a çatdırıb və hazırda onlar 17-18-ci yerlərdə qərarlaşıblar.
"Qarabağ"ın son 2 turda qarşılaşacağı komandalardan Almaniya "Ayntraxt"ı İspaniyada "Barselona"ya uduzub, İngiltərə "Liverpul"u isə İtaliyada "İnter"i penalti qolu ilə yenib.
Gecənin nəticələrindən sonra Azərbaycan təmsilçisi 7 xalla 21-ci pilləyə enib və növbəti mərhələyə vəsiqə verən "24-lüy"ü tərk etmə təhlükəsi ilə üzləşib. "Qarabağ" bu gün Niderland "Ayaks"ına qalib gəlsə, ən azı 16-cı pilləyədək irəliləyəcək.
UEFA Çempionlar Liqası, VI tur
9 dekabr
19:30. "Kayrat" (Qazaxıstan) - "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol: Jelson Martinş, 73
21:45. "Bavariya" (Almaniya) - "Sportinq" (Portuqaliya) - 3:1
Qollar: Serj Qnabri, 65. Lennart Karl, 69. Conatan Ta, 77 - Jozua Kimmix, 54 (öz qapısına)
00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) - 0:1
Qol: Dominik Soboslai, 88 (pen.)
00:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 2:1
Qollar: Jül Kunde, 50; 53 - Ansqar Knauff, 21
00:00. "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə) - 2:1
Qollar: Caluka Skamakka, 55. Şarl de Ketelare, 83 - Juan Pedro, 25
00:00. PSV (Niderland) - "Atletiko Madrid" (İspaniya) - 2:3
Qollar: Qus Til, 10. Rikardo Pepi, 85 - Xulian Alvares, 37. David Hantsko, 52. Aleksander Sörlot, 56
00:00. "Monako" (Fransa) - "Qalatasaray" (Türkiyə) - 1:0
Qol: Folarin Baloqan, 68
İstifadə olunmamış penalti: Denis Zakaria, 51 ("Monako")
00:00. "Tottenhem" (İngiltərə) - "Slaviya" (Çexiya) - 3:0
Qollar: David Zima, 26 (öz qapısına). Məhəmməd Kudus, 50 (pen.). Xavi Simons, 79 (pen.)
00:00. "Yunion" (Belçika) - "Marsel" (Fransa) - 2:3
Qollar: Anan Xalaili, 5; 71 - İqor Payşan, 15. Meyson Qrinvud, 41; 58
Qeyd edək ki, "Qarabağ" bu tur Niderland "Ayaks"ını sınağa çəkəcək. Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlanacaq.













































































