AFFA İntizam Komitəsi Azərbbaycan Kubokunun 1/8 final oyunlarında baş vermiş hüquqi pozuntularla əlaqədar cəzalar yağdırıb.
Sportnet.az xəbər verir ki, “İmişli” “Sabah”la ev oyununda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimə edilib.
“Sabah” isə azarkeşlərinin hakimlərin ünvanına kütləvi təhqiramiz ifadələr səsləndirmələri ilə əlaqədar 5 000 manat ziyana düşüb.
“Qarabağ”la səfər matçında 4 futbolçusu sarı vərəqə alan “Karvan-Yevlax” 700 manat cərimələnib.
“Sumqayıt”la ev oyununun 83-cü dəqiqəsində “Difai”nin futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə alıb. O, 1 oyunluq cəzaya, “Difai” 150 manat cəriməyə məruz qalıb.
“Araz-Naxçıvan”la səfər qarşılaşmasında “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığı üçün kluba 700 manat cərimə kəsilib.








































































