Viktor Qonçarenko Belarus milli komandasının sükanı arxasına keçəcək.
Sportnet.az “championat” nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı belaruslu mütəxəssisin təyinatı yaxın vaxtlarda gerçəkləşəcək.
Onun son iş yeri “Nijni Novqorod” olub. O, 2024-cü ilin oktyabrından 2025-ci ilin iyununa qədər bu komandaya rəhbərlik edib. Qonçarenkonun rəhbərliyi altında kollektiv bütün turnirlərdə 22 oyun keçirib, 6 qələbə, 4 heç-heçə və 12 məğlubiyyət alıb.
Məşqçilik karyerası ərzində Qonçarenko Belarusun BATE klubu ilə yanaşı, Rusiyada “Kuban”, “Ural”, “Ufa”, Moskva CSKA-sı və “Krasnodar” komandalarında da çalışıb.
Qeyd edək ki, Viktor Qonçarenko daha əvvəl "Neftçi"nin baş məşqçi postuna da namizəd olub. Lakin Azərbaycan klubu ukraynalı Yuri Vernidubla anlaşıb.







































































