Rusiyalı qapıçı Matvey Safonov Fransa PSJ-sinin heyətində Braziliya "Flamenqo"suna qarşı Qitələrarası Kubokun final oyunu sonrası penalti seriyasında 4 zərbəni dəf edib.
Sportnet.az xəbər verir ki, görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Penalti seriyasında isə PSJ 2:1 hesablı qələbə qazanaraq, kuboku əldə edib.
Qarşılaşma əfsanəvi qapıçı Lev Yaşinə "Qızıl topun təqdim olunduğu 17 dekabr 1963-cü ildən düz 62 il sonra baş tutub.
Yaşinin həmyerlisi Safonov PSJ-nin heyətində 6-cı titulunu əldə edib. Əvvəllər o, Fransa çempionu, ölkə Kuboku və Super Kubokunun, habelə, Çempionlar Liqası və UEFA Super Kubokunun sahibi olub.
Cari mövsümdə rusiyalı qolkiper 4 oyunda 3 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.









































































