Afrika Millətlər Kuboku-2025-in açılış matçı keçirilib.
Sportnet.az xəbər verir ki, A qrupunda meydan sahibləri Mərakeş millisi ilə Komor Adaları yığması üz-üzə gəlib. Rabatdakı Şahzadə bin Fahd stadionunda təşkil olunan görüşdə Mərakeş 2:0 hesablı qələbə qazanıb.
Matçın 11-ci dəqiqəsində Mərakeşin hücumçusu Süfyan Rahimi hesabı açsa da, referi qolu ləğv edib. İkinci hissədə İspaniya “Real Madrid”inin hücumçusu Braim Dias 55-ci dəqiqədə hesabda üstünlüyü təmin edib. 74-cü dəqiqədə isə Ayub Əl-Kaabi fərqlənərək nəticəni 2:0-a çatdırıb.
A qrupunda Mali və Zambiya yığmaları da yer alıb.
Turnirdə 24 komanda 6 qrupda mübarizə aparır. Yarış 18 yanvara qədər davam edəcək. Hazırkı titul sahibi Kot-dİvuar millisi hesab edilir.





































































