2025-ci il Afrika Millətlər Kubokunun qrup mərhələsi başa çatıb.
Sportnet.az xəbər verir ki, oyunların yekununa əsasən turnirin pley-off mərhələsində mübarizə aparacaq bütün komandalar və 1/8 final cütləri bəlli olub.
1/8 finala vəsiqə qazanan milli komandalar bunlardır: Mərakeş, Mali, Misir, Cənubi Afrika Respublikası (CAR), Nigeriya, Tunis, Seneqal, Konqo DR, Əlcəzair, Burkina-Faso, Kot-dİvuar, Kamerun, Benin, Sudan, Mozambik və Tanzaniya.
1/8 final mərhələsinin cütləri:
Seneqal – Sudan
Mali – Tunis
Mərakeş – Tanzaniya
CAR – Kamerun
Misir – Benin
Nigeriya – Mozambik
Əlcəzair – Konqo DR
Kot-dİvuar – Burkina-Faso
Qeyd edək ki, Afrika Millətlər Kuboku 2025 Mərakeşdə keçirilir. Turnirdə 24 milli komanda iştirak edir və onlar 6 qrupa bölünüb. Yarış 18 yanvar tarixinədək davam edəcək.
Hazırkı Afrika çempionu Kot-dİvuar millisidir. Komanda 2023-cü il turnirinin finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdı.













































































