Entso Mareska İngiltərənin "Çelsi" komandasının baş məşqçi postundan istefa verib.
Sportnet.az-ın məlumatına görə, klub italiyalı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb.
Mareska "zadəganlar"a 2024-cü ilin yayında rəhbərlik etməyə başlayıb. O, daha əvvəl İtaliyanın "Parma" və İngiltərənin "Lester" klublarında çalışıb.
"Çelsi"nin rəsmi açıqlamasında bildirilib ki, Mareskanın rəhbərliyi altında "Çelsi" UEFA Konfrans Liqasını və FIFA Klublararası Dünya Çempionatını qazanıb. Bu uğurlar klubun son dövr tarixinin vacib hissəsi kimi qalacaq. Rəhbərlik baş məşqçiyə verdiyi töhfəyə görə təşəkkür edib.
Eyni zamanda vurğulanıb ki, komandanın dörd turnirdə, o cümlədən, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə qarşısında mühüm hədəflər qalır və tərəflər baş məşqçi dəyişikliyinin mövsümü düzgün məcraya qaytarmaq üçün ən doğru addım olacağı qənaətinə gəliblər.












































































