"Çelsi"komandasının baş məşqçi postundan ayrılan Entso Mareska İngiltərə Premyer Liqasının tarixində (1992-ci ildən) Yeni il günü vəzifəsindən uzaqlaşdırılan ilk mütəxəssis olub.
Sportnet.az-ın xəbərinə görə, bu barədə Opta X sosial şəbəkəsində məlumat yayıb.
Bu gün, yanvarın 1-də London klubu italiyalı mütəxəssislə əməkdaşlığa son verdiyini rəsmən açıqlayıb. Mareska daha əvvəl İngiltərənin "Lester"və "Mançester Siti", eləcə də İtaliyanın "Parma" klublarında çalışıb.
Qeyd edək ki, «Çelsi» rəhbərliyi baş məşqçi postuna yeni namizədi ən qısa zamanda müəyyənləşdirməyi planlaşdırır.
Cari mövsümdə Premyer Liqadakı 19 oyundan sonra "zadəganlar" 30 xal toplayaraq turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. London təmsilçisi lider "Arsenal"dan 15 xal geri qalır.











































































