İspaniyalı futbolçu Serxio Ramos “Sevilya”nı almağı planlaşdıran investorlar qrupunun rəhbəri təyin olunub.
Sportnet.az COPE nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçinin təqdim etdiyi, klubun indiyədək aldığı ən böyük təklifdir.
Sövdələşmə baş tutacağı halda, Ramos “Sevilya”nın prezidenti olacaq.
O, futbolçu karyerasına “Sevilya”nın gənclər akademiyasında başlayıb və əsas komandada 2004–2005-ci illərdə və 2023/2024 mövsümündə çıxış edib. Müdafiəçi daha sonra “Real Madrid”, Fransanın PSJ və 2025-ci ilin dekabr ayının əvvəlində ayrıldığı Meksikanın “Monterrey” klubunun formasını geyinib.
Ramos karyerası ərzində beş dəfə İspaniya çempionu, iki dəfə Fransa çempionu, dörd dəfə isə Çempionlar Liqasının qalibi olub. O, İspaniya millisinin heyətində dünya çempionu, həmçinin ikiqat Avropa çempionu adına layiq görülüb.












































































