Almaniyanın "Ayntraxt" klubu Mario Götsenin mövsümün sonunda bitəcək müqavilənin uzadılması barədə ilkin danışıqlar aparıblar.
Sportnet.az "Bild"ə istinadən xəbər verir ki, hər iki tərəf əməkdaşlığın davamını görür və növbəti danışıqların yanvar ayında keçiriləcəyi gözlənilir.
33 yaşlı hücumçunun hazırkı müqaviləsi mövsümün sonunda başa çatır, lakin bir illik uzatma seçimi mövcuddur və həyata keçirilə bilər.
Qeyd edək ki, 2014-cü ilin dünya çempionu üçün uzun müddətdir ABŞ-ın MLS Liqası da mümkün gələcək variantlardan biri hesab olunur.
"Ayntraxt" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçında "Qarabağ"ın qonağı olacaq. Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.














































































