Marko Ottolini İtaliya "Yuventus"una idman direktoru təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ottolini işinin icrasına yanvarın 1-dən başlayıb.
O, baş direktor Damyen Komolliyə tabe olacaq.
Daha əvvəl Ottolini "Yuventus"da skaut və icarə şöbəsinin rəhbəri kimi çalışıb. 2022-ci ildə o, "Cenoa"da idman direktoru vəzifəsinə təyinat alıb və klubun A Seriyasına qayıtmasına yardımçı olub.
Qeyd edək ki, hazırda "Yuventus" 17 oyundan 32 xalla 5-ci yeri tutur və lider "İnter"dən 4 xal geri qalır.
















































































