İngiltərə “Tottenhem”inin futbolçusu Brennan Conson “Kristal Pelas”a keçib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında 4,5 illik müqavilə imzalanıb.
İnsayder Ben Ceykobsun məlumatına görə, 24 yaşlı uelsli vingerin transferi “Kristal Pelas”a 35 milyon funt sterlinqə başa gəlib.
Qeyd edək ki, Brennan Conson ötən mövsüm “Tottenhem”in heyətində bütün turnirlər üzrə 18 qol və 7 məhsuldar ötürmə ilə komandanın ən məhsuldar futbolçusu olub. Cari mövsümdə isə Premyer Liqada keçirdiyi 16 oyunda 2 qol vurub.
















































































