Azərbaycan klublarından ilk olaraq, “Sumqayıt” komandası qış toplanışı üçün Türkiyəyə yola düşüb.
Sportnet.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Antalya bölgəsindəki Lara qəsəbəsində yanvarın 17-dək hazırlıq keçəcək.
Qardaş ölkəyə yalnız Nihat Əhmədzadə aparılmayıb. Səbəb 20 yaşlı yarımmüdafiəçinin zədəli olmasıdır.
“Limak” otelində məskunlaşacaq komanda toplanış ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.














































































