“Sabah” klubu Rusiya “Rubin”inin futbolçusu Umarali Rahmonaliyevin transfer hüquqlarını satın alır.
Sportnet.az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, özbəkistanlı yarımmüdafiəçi Kazan təmsilçisindən birdəfəlik əldə olunub.
22 yaşlı oyunçu 2025-ci ili "Sabah"da icarə əsasında keçirib. O, ötən il 36 oyunda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Umarali Rahmonaliyevin “Rubin”lə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə idi. “Transfermarkt” portalına əsasən, futbolçunun bazar dəyəri 800 min avro təşkil edir.















































































