Fransanın PSJ klubunun futbolçusu Xviça Kvaratsxeliya məşq zamanı zədələnib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə yerli jurnalist Artur Pero məlumat paylaşıb.
Hazırda gürcüstanlı hücumçu evdə fərdi məşqlərlə hazırlaşır.
Baş məşqçi Luis Enrike Kvaratsxeliyanın yanvarın 4-də "Paris"lə derbi matçında iştirak edib-etməyəcəyinə oyundan bir neçə saat əvvəl qərar verəcək.
Qeyd edək ki, cari mövsümdə Xviça Kvaratsxeliya 20 oyunda 6 qol və 5 məhsuldar ötürmə müəllifi olub. PSJ – Paris matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.















































































