Bolqarıstan millisinin sabiq futbolçusu və baş məşqçisi Dimitar Penev vəfat edib.
Sportnet.az Bolqarıstan Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, məşhur mütəxəssis 80 yaşında dünyasını dəyişib.
Penev Bolqarıstan yığmasına 1994-cü ildə ABŞ-də keçirilmiş dünya çempionatında ən böyük uğuru — dördüncü yeri qazandırıb.
O, karyerasına Sofiya “Lokomotiv”ində başlayıb, 1959 – 1964-cü illərdə 35 oyunda 1 qol vurub. Sonra o, yerli MOİK-ə keçərək 329 oyunda 24 qol vurub, 8 dəfə Bolqarıstan çempionu olub və 2 dəfə ölkənin ən yaxşı futbolçusu seçilib.
Milli komandada isə 90 oyuna çıxıb və 2 qol vurub, 1966, 1970 və 1974-cü il dünya çempionatlarında iştirak edib.
Dimitar Penev XX əsrin ən yaxşı məşqçisi seçilib.














































































